Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib

Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib
Anar Eyvazov: Müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirənlərə qarşı preventiv tədbirlər həyata keçirilir

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən ilin idman təşkilatçısı elan edilib.

Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov isə AİJA tərəfindən ilin idman xadimi seçilib.

“Rio-2016”nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi, bədii gimnast Marina Durunda, “Bakı-2017”nin qalibi, taekvandoçu Patimat Abakarova, üçqat dünya çempionu, güləşçi Hacı Əliyev, üçqat dünya çempionu, bokçsu Məhəmmədrəsul Məcidov və dünya çempionu, taekvandoçu Milad Beigi Hərçəqani ilin idmançıları adına layiq görülüblər.

İlin komandası nominasiyasının qalibi “Qarabağ” futbol klubu, şahmat və cüdo üzrə millilər olub.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı Faiq Qarayev və gənclərdən ibarət cüdo üzrə millimizin baş məşqçisi Elçin İsmayılov ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Elşən Məmmədov olublar.

Bakı. Trend: