Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin vaxtı uzadıldı

Prezident İlham Əliyev Bakı Metropoliteninin retro vaqonları ilə tanış olub
“Bütün həyatım boyu dünya ilə dalaşıram”- 80 yaşını tamamlayan Elxan Süleymanovla yubiley söhbəti
Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda deyilir:

“Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb”.

report.az