Azərbaycanın strateji valyuta ehtiyatları 82,5 milyard dollara çatıb

Mədəniyyət naziri “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” çərçivəsində keçirilən Nazirlər Panelində iştirak edib
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub
Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib

Bu ilin 10 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 16,2 % artaraq 82,5 milyard ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, oktyabrın sonuna təkcə AMB-nin valyuta ehtiyatları 11,4 milyard ABŞ dolları təşkil edib: “Strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir, 37 aylıq mal və xidmət idxalına kifayət edir”.

Report