“Azəriqaz”ın “Açıq mikrofon” aksiyasının budəfəki ünvanı Sabirabad rayonudur

ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcəklər
Yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə komplekslərini yüz minlərlə insan ziyarət edib
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası format və proqramının rəngarəngliyi ilə fərqlənəcək

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon”unun əhatə dairəsi getdikcə genişlənir. “Azəriqaz”dan verilən məlumata görə, ölkənin ən müxtəlif yerlərində təşkil olunan “Səyyar qəbul otaqları” vətəndaşların problemlərinin dinlənilməsi üçün qurulur. İstənilən şəxs öz fikrini səsləndirməkdə, problemini izah etməkdə tam sərbəst olduğundan aksiyaya artan maraq göz qabağındadır.

Vətəndaşların müraciəti əsasında formalaşan “Açıq mikrofon” aksiyasının budəfəki ünvanı Sabirabad rayonunun Əliləmbəyli kəndi olacaq. Sentyabrın 23-ü saat 11:00-dan 13:00-a qədər davam edəcək aksiya sayca 16-cı olacaq.

Virtualaz