Azərbaycanlı rəssamın əsərləri Parisdə “Espace Nesle” qalereyasında sərgilənir

Nərəcinsli balıqların ovuna 20-25 il qadağanın qoyulması təklif edilə bilər
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
Məhərrəm Zülfüqarlı: “Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir”

Fransanın paytaxtı Parisin “Espace Nesle” sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur.

Qalereyada rəssamın “Sevgi oyuncaqları” seriyasından 5 əsəri sərgilənib. Bunlardan “Marionetka” tablosu Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin Zurab Tsereteli İncəsənət Qalereyasında fransız rəssamların əsərləri ilə birlikdə, digər əsərləri isə Parisin əsas sərgi salonu “Qrand Pale”də (Grand Palais) nümayiş etdirilib.

N. Nərimanbəyova Parisdə “Qrand Pale”də keçirilən “Art en capital” sərgisində “Adajio” diptixinə görə “TOİLE D’OR” mükafatına layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb.

Parisdə rəssamlar arasında böyük nüfuza malik “Stella Art İnternational” Assosiasiyasının sədri Stella Kalinina azərbaycanlı rəssamın əsərlərinin əsas məziyyətindən bəhs edərək bildirib ki, Nigar Nərimanbəyova ilə artıq 5 ildir birlikdə işləyir. Onun əsərləri insanlara nağıla dönmüş xoş və unudulmaz uşaqlıq illərini xatırladır, sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır. O qeyd edib ki, rəssam tamaşaçıları dərindən düşünməyə sövq edən mənalı mövzu seçir. Stella Kalinina gələcəkdə Nigar Nərimanbəyobanın fərdi sərgisini təşkil edəcəklərini də vurğulayıb.

Sərgi oktyabrın 22-dək davam edəcək.

Şəhla Ağalarova? AZƏRTAC-ın xüsusi müxbiri

Paris