AzTU-da Obama administrasiyasına ünvanlanan Qarabağ petisiyası ilə əlaqədar görüş keçirilib

Yunan filmləri Azərbaycanda
AVCİYA Saatlıda 2009 – cu ildə seçkilərlə bağlı ilk seminarını keçirdi
AVCİYA: Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Obama Administrasiyasına ünvanlanan Dağlıq Qarabağa dair “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya ilə bağlı Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüş keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Universitetin prorektoru İsa Xəlilov petisiya haqqında tələbələrə məlumat verib, layihənin Azərbaycan üçün əhəmiyyətindən danışıb.

AVCİYA nümayəndəsi Məhərrəm Zülfüqarlı bildirib ki, Obama administrasiyasına ünvanlanan petisiya ilə əlaqədar artıq bir neçə universitetdə görüş keçirilib və keçirilməkdə davam edir: “Qaydaya görə, müraciətin qəbul olunması üçün səslərin sayı 100 mini keçməli idi. Biz bu baryeri keçmişik, amma düşünürəm ki, daha böyük səs qazana bilərik. Çünki bu, Azərbaycanın haqq səsi üçün başlanılmış layihədir. Texniki Universitetin tələbələrini fəal olmağa çağırırıq. Səsvermə davam edir və inanıram ki, bütün Azərbaycan gəncliyi fəal olacaq”.
M. Zülfüqarlı əlavə edib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım göstərməyə çağırırlar.

Səsvermə mayın 6-dək davam edəcək. Ağ evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.