(14.7.1957, Türkmənistan Respublikası Krasnovodsk ş. – 11.10.1992, Laçın r.) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra).
1967 ildə ailəsi ilə birlikdə Əli Bayramlı (indiki Şirvan ş.) şəhərinə köçüb. 1972 ildə səkkizinci sinfi bitirərək təhsilini peşə məktəbində davam etdirib.Hərbi xidmətdə olub (1977-1979). Bir müddət Qazaxıstanda yaşadıqdan sonra, 1987 ildə Bakıya köçüb. 1988 ildən Azərbaycan milli azadlıq hərəkatında yaxından iştirak edib. Xətai rayon istilik-enerji müəssisəsində sürücü işləyib. 1990 ildə 20 Yanvar faciəsi törədilən vaxt, yaralıların xilas edilməsində, onların təhlükəsiz yerlərə aparılmasında böyük xidməti olub. 1992 ilin yanvarında könüllülər dəstəsinə yazılıb və 2 ay təlim keçdikdən sonra 843 saylı hərbi hissədə Mİ-24helikopterinəbort atıcısı təyin olunub. Xocalı faciəsi zamanı dinc əhalinin və yaralıların daşınmasında böyük rəşadət göstərib. Sərrast atıcılıq qabiliyyəti Füzuli, Ağdərə və Laçın rayonlarında saysız-hesabsız döyüş uçuşlarına imkan yaradıb. 1992 il oktyabrın 11-də Laçının Səfiyan kəndi uğrunda gedən ağır döyüşdə mühasirəyə düşən əsgərlərimizi xilas edib, geri dönərkən, onun helikopteri erməni yaraqlılan tərəfindən vurulub. Bütün heyətlə birlikdə həlak olub. Ailəli idi. İki oğlu var. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəbə adı verilib, büstü qoyulub. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrin biri qəhrəmanın adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 51
Həyat yoldaşı Leyla Cəfərovanın dediklərindən: