Bahar Muradova: 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub

Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb
Prezident İlham Əliyev Qurultayda çıxış edib
Azərbaycanın və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üzrə fəaliyyət planı imzalanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb

2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət qəbul olunub. 2020-ci illə müqayisədə son 5 ildə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı 3,3 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirilən kollegiya iclasındakı hesabat çıxışında bildirib.

“Gender əsaslı zorakılıqla bağlı 330 müraciət daxil olub ki, bu da 9,1 faiz artım deməkdir. Komitənin müraciəti əsasında 108 mühafizə orderi verilib. Ötən il qadın dəstək xəttinə 1623 müraciət daxil olub. Uşaq zorakılığı ilə bağlı müraciətlərin sayı isə 3600 olub. Bu, bizi narahat edir”, – deyə o əlavə edib.

AZƏRTAC