Bakı Bəyannaməsi: Terrorizm, separatizm və zorakı ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq gücləndirilməlidir

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib
AVCİYA şimal rayonlarında seçki təlimlərini davam etdirdi
İlham Əliyev xalqa müraciət edib

“Terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq daha da gücləndirilməlidir”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsində deyilir.

Azərbaycan, İran və Türkiyənin imzaladığı sənəddə həmçinin İran İslam Respublikasının təşəbbüsü ilə “Dünya ekstremizm və zorakı ekstremizmə qarşı” başlıqlı BMT Baş Assambleyasının A/RES/68/127 nömrəli qətnaməsi qeyd olunub.