Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı işə başlayıb

Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
XİN sosial şəbəkədə işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair məlumatı əks etdirən hesab yaradıb
Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Mayın 30-da Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətindən və “Əsrin müqaviləsi”nin ölkəmizə qazandırdığı dividendlərdən danışıb.

Nazir 2014-cü ildən ötən müddətdə bazarda neftin qiymətindəki dəyişkənlikdən, Azərbaycanın digər hasilatçı ölkələrlə birgə “OPEC plus” formatında əməkdaşlığının əhəmiyyətini qeyd edib. Deyib ki, hazırda neftin bir barreli 70 dollar civarındadır və bunu qənaətbəxş hesab etmək olar.

Energetika naziri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun ölkənin neft hasilatındakı rolundan, 6 milyard dollar sərmayə ilə blokun işlənməsinin növbəti mərhələsinin əhəmiyyətindən, Cənub Qaz Dəhlizi meqalayihəsinin Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfədən bəhs edib.

Neft-qaz sektorunun, eləcə də bu sektor ilə əlaqəli müxtəlif sahələrin rəhbərləri üçün də əsas platforma olan 2 günlük konfransda 30 ölkədən 500-dək nümayəndə iştirak edir.