Bakıda Azərbaycan jurnalistləri üçün ustad dərsləri keçirilib

Hərb tariximiz: Cavanşir
Komitə sədri Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə

“SputnikPro” təhsil layihəsi çərçivəsində dekabrın 15-də Bakıda, “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində silsilə ustad dərsləri keçirilib. Dərslərdə ölkənin aparıcı KİV-lərinin 16 jurnalisti iştirak edib.

AZƏRTAC xəbər verir ki, ustad dərslərində “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin (BİA) müşaviri Svetlana Babayeva və “Rossiya seqodnya” mediaqrupunda onlayn və yeni media sahəsində layihələrin rəhbəri Mixail Konrad öz bilik, bacarıq və peşəkar vərdişlərini azərbaycanlı həmkarlarla bölüşüblər.

Svetlana Babayeva “Feyk yeni reallıq kimi” mövzusunda ustad dərsində feyk-xəbər anlayışının ilk dəfə necə yarandığı, dürüst və yanlış məlumatlandırmanı necə ayırd etmək və dünya KİV-ləri üçün nisbətən yeni olan bu hadisəyə qarşı necə mübarizə aparmaq barədə danışıb.

Mixail Konrad “Multimedia, multiplatforma, multiekran müasir onlayn-KİV-lərin məhsul strategiyasıdır” mövzusunda ustad dərsində dinləyicilərə müasir multimedia KİV-lərindən, onların yalnız bir platformada mövcud ola bilməyəcəyindən söz açıb. O bildirib ki, bütün KİV-lər artıq çoxdan multiplatforma aləmində mövcuddur və multimedia kontenti ilə işləyir.

Qeyd edək ki, BİA və “Sputnik” radiosu Bakıda “SputnikPro” təhsil proqramının yeni modulunu işə salıblar.

Bir gün əvvəl proqram çərçivəsində “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Azərbaycan ali məktəblərinin jurnalistika fakültəsinin tələbələri üçün silsilə ustad dərsləri keçirilib.

“SputnikPro” öz biliklərini jurnalistlər, mətbuat katibləri, PR-mütəxəssislər, ali məktəblərin jurnalistika fakültəsinin yuxarı kurs tələbələri ilə bölüşməyə hazır olan təcrübəli mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatlarından və ustad dərslərindən ibarətdir.

2018-ci ilin yazında start götürən “SputnikPro” layihəsi mətbuat nümayəndələrinin yüksək qiymətinə layiq görülüb.