Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürür

Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq
Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində ATƏT sədri ilə görüşüb
PRESS-RELİZ

Bu gün Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürəcək.

“Report” xəbər verir ki, sentyabrın 22-dək davam edəcək yarışda 61 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq. Sayca, 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk “beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən, 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.

Azərbaycan millisini dünya çempionatına 9 gimnast təmsil edəcək. Fərdi proqramında Zöhrə Ağamirova, Yelizaveta Luzan, Veronika Hudis və Məryəm Səfərova qüvvəsini sınayacaq. Qrup hərəkətlərində isə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova mübarizə aparacaqlar.

“Nağıllar gerçəkləşək” (“Fairy Tales will come to life”) şüarı altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri bu gün möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə səyahətə aparacaq bir şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiq olunub.

Açılış mərasimində digər ölkələrdə də məşhur olan Azərbaycanın xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov öz sevilən nəğmələri ilə izləyənləri sevindirəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella şəklində ifa edəcək.

Mərasimdə dünya çempionatının ulduz səfiri, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Dünya çempionatının səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı, məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək.

Çempionat zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı “Qur-Qur” da olacaq. Bundan başqa, yarış boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar gözləyir.

Yarışın biletlərini Milli Gimnastika Arenasının kassasından, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən, həmçinin onlayn (https://ticketing.mga.az/) almaq mümkündür. Qiymətlər isə 10, 15 və 20 manat təşkil edir.

Dünya çempionatının təqvimi

16 sentyabr
12:00 – 13:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top (növbə ilə)
13:35 – 15:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top
16:00 – 17:20. C qrup, təsnifat mərhələsi. Halqa və top
17:35 – 18:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top
19:15 – 20:00. Açılış mərasimi

17 sentyabr
10:00 – 11:20. C qrupu, təsnifat mərhələsi. Halqa və top
11:35 – 12:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top
14:00-15:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top
15:35 – 17:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top
19:30 – 20:00. Ayrı-ayrı alətlər. Final – halqa
20:05 – 20:35. Ayrı-ayrı alətlər. Final – top
20:40 – 20:55. Mükafatlandırma mərasimi: Halqa və top

18 sentyabr
12:00 – 13:40. D qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
13:55 – 15:40. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
15:40 – 16:40. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
18:55 – 20:50. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

19 sentyabr
09:00 – 11:00. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
11:15 – 13:10. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
14:10 – 15:50. D qrupu, təsnifat yarışı. Gürzlər və lent
16:05 – 17:50. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
19:30 – 20:00. Ayrı-ayrı alətlər. Final – gürzlər
20:05 – 20:35. Ayrı-ayrı alətlər. Final – lent
20:40 – 21:00. Mükafatlandırma mərasimi: Gürzlər və lent

20 sentyabr
14:30 – 17:25. Çoxnövçülük üzrə final, B qrupu (təsnifatda 13-24-cü yerləri tutmuş gimnastlar)
17:40 – 20:35. Çoxnövçülük üzrə final, A qrupu (təsnifatda 1-12-ci yerləri tutmuş gimnastlar)
20:35 – 20:40. “Longines” mükafatı – “Prize of Elegance”
20:40 – 20:50 Mükafatlandırma mərasimi: Çoxnövçülük

21 sentyabr
14:30 – 16:10. Qrup hərəkətləri, A qrupu. – 5 top, 3 halqa + 2 cüt gürz (növbə ilə)
16:30 – 18:10. Qrup hərəkətləri, B qrupu, 5 top, 3 halqa + 2 cüt gürz
18:15 – 18:25. Mükafatlandırma mərasimi: Çoxnövçülük

22 sentyabr
14:30 – 15:13. Qrup hərəkətləri, final – 5 top
15:15 – 15:58. Qrup hərəkətləri, final – 3 halqa + 2 cüt gürz
16:00 – 16:15. Mükafatlandırma mərasimi: 5 top / 3 halqa + 2 cüt gürz
16:15 – 16:45. Bağlanış mərasimi, Qala konsert

Report.az