Bakıda BMT Gününə həsr olunmuş tədbir keçirilib

Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Azərbaycanda koronavirusa 2237 yeni yoluxma faktı qeydə alınıb

Bakıda iqlim dəyişikliyi ilə bağlı addımlar mövzusunda tədbir keçirilib.

24 oktyabr – BMT Gününə həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.

Müzakirələrdə rəsmi idarələrin, diplomatik korpusun, özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələri, media təmsilçiləri iştirak ediblər. BMT-nin COP-26 konfransı qarşısındakı hədəflərə dair ekspertlərin iştirakı ilə panel müzakirələri təşkil edilib.

R.Hacıyev bildirib ki, dünyanın mühüm problemlərindən olan iqlim dəyişikliyi Azərbaycanda da havaların qəfil dəyişməsində özünü göstərir.

Bunun fəsadlarını aradan qaldırmaq üçün müvafiq addımlar atıldığını deyən nazir müavininin fikrincə, azad edilmiş ərazilərdə “yaşıl” və “ağılllı” şəhər və kəndlərin yaradılması ətraf mühitin mühafizəsinə mühüm dəstəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim dəyişikliyi və başqa məsələlərlə bağlı uzun illərdir BMT ilə əməkdaşlıq etdiyi də diqqətə çatdırılıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı konfransı (COP-26) 31 oktyabr – 12 noyabr tarixlərində Qlazqo şəhərində keçiriləcək.

Report