Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib
Erməni işğalçıların viran qoyduğu yurd yerlərimiz
Vətən müharibəsinin qələbəsinə həsr olunan Zəfər paradından 1 il ötür

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb.

 

AZƏRTAC xəbər verir ki, yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var. Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq.

 

Səksən altı ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AZTV (İdman Azərbaycan) və “CBC Sport” telekanalları vasitəsilə yayımlanacaq.