Bakıda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub

“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib
Beynəlxalq Komissiyanın nümayəndələri itkin düşənlərin qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi ilə tanış olublar
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini həkimlərə və səhiyyə işçilərinə çağırış edib

Bakının Nərimanov rayonunda Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulub.

“Report”un xəbərinə görə, rayonda A.Aqarunovun adına küçə də verilib.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Xatırladaq ki, Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.

Bu il şəhidin 50 illik yubileyidir.