Bakıda “Qayıdış hüququ” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək

Sabahdan Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır
Prezidentin bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Artıq məlumat verildiyi kimi, dekabrın 5-6-da Bakıda Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək. Açılış günü baş tutacaq beş paneldə Qərbi azərbaycanlıların qayıdış hüququ, onların beynəlxalq hüququn norma və prinsiplərinə əsasən malik olduqları hüquqlardan bəhs ediləcək, həmçinin iştirakçılar arasından 10 ölkədən 16 şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük vəsiqələri veriləcək. Dekabrın 6-da isə tədbirin mədəni hissəsi keçiriləcək.

Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar söyləyib.

AZƏRTAC