Bakıda seminar-məşğələ keçirilib

ATƏT sədri: “Bakıda Qarabağ münaqişəsinə dair sülh prosesini dəstəkləməyin yollarını müzakirə edəcəyik”
Şəki-Zaqatala bölgəsi üzrə dairələrdə qeydiyyatda olan seçicilərin 584 nəfəri ilk dəfə səs verəcək
Mikayıl Cabbarov: “Sənaye zonalarına əlavə 370 mln manatdan çox investisiya yatırılacaq “

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan hüquqları üzrə İctimai Şura” ictimai birliyinin həyata keçirdiyi “Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsi çərçivəsində növbəti, həm də sonuncu seminar-məşğələ 13.10.2018-ci il tarixdə Bakı şəhərində keçirilmişdir. 20 nəfər gəncin iştirak etdiyi seminar məşğələdə ailə institutu, ailə qurarkən seçim kriteriyaları, ailədəki rol bölgüsü, kişi və qadın arasındakı qarşılıqlı münasibətlər, konfliktlər və onların aradan qaldırılması yolları, ailədə maddi durumunun psixoloji mühitə təsiri, uşağın tərbiyəsi kimi psixoloji mövzular müzakirə olunmuşdur. Tədbirdə həmçinin nikah, nikah müqaviləsi, uşaqlara münasibətdə valideyinlərin vəzifələri, boşanma, aliment kimi vacib hüquqi məsələlər də müzakirə olunmuşdur.

Layihə müddətində Şirvan, Xaçmaz rayonlarında və Bakı şəhərində olmaqla toplam 80 gəncin iştirak etdiyi 3 seminar-məşğələ keçirilmiş, ümumilikdə 40-dan çox gənc və gənc ailə fərdinə fərdi hüquqi və psixoloji yardımlar göstərilmişdir.

Qeyd edək ki, layihə 18 yaşdan yuxarı ailə qurmağa hazırlaşan və ya krizis dövrü sayılan 3-5 il müddət ərzində evli olan ailələri və gənc ailələri əhatə edir. Layihənin əsas məqsədi ailə qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək verilməsi, ailə hüququ sahəsində gənclərin maarifləndirilməsi, ailənin dayaqlarının möhkəmlənməsində nikah müqaviləsinin rolunu, əhəmiyyətini göstərmək, ailə qurmazdan əvvəl tərəflərin nikah müqaviləsi bağlamasının vacibliyini təbliğ etməkdən ibarətdir..

 

Mətbuat Xidməti