“Bayraq Günü”nə həsr edilən tədbir keçirilib

Prezident İlham Əliyev Bəhreyn Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
“Azərbaycanda referendum zamanı səsvermə prosesi şəffaf olub, yaxşı təşkil edilib və dinc mühitdə keçib”
“Musa Yaqubun Poeziyası”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə noyabrın 8-də “Bayraq Günü” ilə əlaqədar Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı adlanan ərazidə itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə önündə anım mərasimi keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmiləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, itkin düşmüş şəxslərin ailə üzvləri, QHT və KİV nümayəndələri iştirak edib. İlk olaraq Azərbaycanın milli himni səsləndirildikdən sonra tədbiri açıq elan edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)  vitse – prezidenti Vəli Əlibəyov gələn qonaqları salamlayaraq, “Bayraq Günü”nün əhəmiyyətindən danışdı. Sözü davam etdirən “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” sədri Şahin Camalov “Bayraq Günü”nün ölkəmiz və vətəndaşlarımız üçün daşıdığı önəmdən bəhs edərək dövlətimizin vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş, şəhid olmuş, əsir və itkin düşmüş şəxslərin xatirəsini daima əziz tutduğunu və onların ailələrini daima diqqətdə saxladığını vurğulayıb. Daha sonra  çıxış üçün ardıcıl olaraq qonaqlara söz verilib. Tədbirdə iştirak edən qonaqlar belə bir tədbir təşkil etdiklərinə görə təşkilatçılara minnətdarlığını bildirib. Həmçinin tədbirin sonunda itkin düşmüş şəxslərin ailə üzvlərinə  təşkilatçılar tərəfindən ərzaq və meyvə şirələrindən ibarət  sovqat paylanılıb.

Onu da qeyd edək ki, sözügedən abidənin ucaldılması “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili cənab Elxan Süleymanovun birgə fəaliyyəti nəticəsində 24 yanvar 2014-cü il tarixində  itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilmişdir.