Belçikalı beynəlxalq müşahidəçilər: “Seçki prosesi şəffafdır və seçici aktivliyi müşahidə olunur”

Aslanov Məzahir Ədil oğlu, Yeni yol kəndi
Prezident Koreya Respublikasının Prezidenti yanında Komitənin sədrini qəbul edib
ƏHMƏDOV Əsəd Cəlal oğlu

Azərbaycanda keçirilən prezident seçkilərini izləyən belçikalı beynəlxalq müşahidəçi Davi Kirs seçki prosesində qanun pozuntularının qeydə alınmadığını bildirib. Onun sözlərinə görə, müşahidələr onu göstərir ki, seçki prosesi olduqca şəffaf  keçirilir: “İnsanlar öz fikirlərini, öz seçimlərini sərbəst şəkildə ifadə edirlər. 6 seçki məntəqəsində müşahidə aparmışıq və səsvermə prosesində ciddi nöqsan qeydə almamışıq”.

Digər belçikalı beynəlxalq müşahidəçi Andrey Oberexin sözlərinə görə, seçki məntəqələrində insanların çox olması bəzi hallarda səs-küyə səbəb olur: “Amma ümumilikdə götürdükdə, seçki prosesində ciddi nöqsanlar qeydə alınmayıb”. /APA/