Beynəlxalq müşahidəçi: “Seçki texniki cəhətdən yaxşı təşkil olunub”

AVCİYA-nın layihəsi çərçivəsində BSU-da növbəti debat keçirilib
Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı işə başlayıb

“Azərbaycanda seçki texniki cəhətdən yaxşı təşkil olunub. Səsvermə prosesi normal keçir, hələlik pozuntular müşahidə olunmayıb”. Bunu APA-ya açıqlamasında “Ədalətli seçkilər uğrunda” təşkilatından olan beynəlxalq müşahidəçi, İsraildən olan vəkil Yakob Qriqori deyib. O, öz alman həmkarı ilə birlikdə Bakıdakı 6 məntəqədə olduqlarını söyləyib. Səhər saatlarında bu məntəqələrdə təxminən 10 faiz seçici səs verib: “Bizim olduğumuz məntəqələrdə hər şey yaxşı təşkil edilib. Hər məntəqədə seçici siyahılarının olması, yerli müşahidəçilərin səsvermənin gedişini izləməsinə şərait yaradılması xoşumuza gəldi. Ümumən vəziyyət normaldır və biz hər hansı qanun pozuntusu qeydə almadıq. Adları seçici siyahılarında olmayan seçicilərin adları xüsusi siyahıya salınır və sonradan MSK tərəfindən təsdiqlənir. Beləliklə, onlar öz səsvermə hüququndan istifadə edə bilir”.