Beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiya tətbiq etmək tələb olunub

Hikmət Hacıyev: Ermənistan hər vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur
Bərdə rayonunun Tərtər çayı hövzəsində yerləşən yaşayış məntəqəsinin siyahısı
“Sərsəng harayı” adlı müsabiqə elan edir.

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə Dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə tarixi-mədəni abidələrin məhv edildiyini qeyd edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov hazırda Yaxın Şərqdə İŞİD adlı terror qruplaşmasının tarixi-mədəni abidələri məhv etdiyini bildirib. İşğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan hökumətinin Bakının mərkəzində erməni kilsəsini bərpa etdiyini nəzərə çatdıran V. Əlibəyov İkinci Dünya Müharibəsində tarixi abidələrə toxunulmadığını xatırladıb. Vitse-prezident ermənilərin Azərbaycanın tarixi abidələrini dünyaya öz abidələri kimi təqdim etdiklərini də diqqətə çatdırıb.

Azərbaycan Turizm İnstitutunun dosenti Minəxanım Əsədova Azərbaycanda 6308 tarixi abidə olduğunu, bunların 2034-nün ölkə, 65-nin dünya, qalanının yerli əhəmiyyətli olduğunu nəzərə çatdırıb. M. Əsədova Azərbaycanın mədəni-tarixi irsinin həm də dünyanın mədəni-tarixi irsi olduğunu bildirib.

Dəyirmi masa iştirakçıları adından beynəlxalq təşkilatlara müraciəti də qəbul edilib. Müraciətdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində respublikanın 17 min kv.km ərazisinin işğal edildiyi, 12 muzey, 6 rəsm qalereyası, 9 tarixi əhəmiyyətli sarayın qarət edilib yandırıldığı, nadir tarixi əhəmiyyətli  40 min muzey eksponatının talan olunduğu, 152 ibadət yeri, o cümlədən 62 məscidin erməni təcavüzünün qurbanına çevrildiyi, yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələrinin məhv edildiyi, 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330,  yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri və dekorativ sənət nümunəsinin işğal altında qaldığı xatırladılıb. Müraciətdə vurğulanıb ki, Azərbaycanın tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağda Ermənistan dövlətinin və yerli erməni separatçılarının XX əsrin 80-ci illərindən başladığı müharibə çoxlu sayda sayda insanın faciəsinə və bu ərazidə olan qiymətli tarixi və mədəni abidələrin məhvinə səbəb olub. Dəyirmi masa iştirakçıları 2012-ci ildə Parisdə keçirilən UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənədin müddəalarından çıxış edərək, beynəlxalq təşkilatlardan Ermənistana qarşı işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi cinayətlərə görə sanksiyalar tətbiq etməyi tələb edib. Eyni zamanda Dəyirmi masa iştirakçıları dünya ictimaiyyətini uzun illər ərzində Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarixi-mədəni abidələri məqsədyönlü şəkildə dağıdılmasının qarşısını almaq istiqamətində təcili tədbirlər görməyə çağırıb.