Beynəlxalq təşkilatlar Sərsəng su anbarında ehtimal olunan fəlakətin qarşısını ala bilərlərmi?

Ermənistanın atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyan barədə son məlumat
Ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən abidə – “Marağa–150”
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı

Müxtəlif növ və təyinatlı hidro-texniki qurğular (HTQ), enerji sənayesi, kənd təsərrüfatı, su nəqliyyatı sistemi, su təchizatı, hidromeliorasiya və iqtisadiyyatın digər sahələri sistemində, xalq təsərrüfatının mühüm obyektləridir. Bütün hidro tikintilər, öz daxilində, bu və ya digər dərəcədə, böyük həcmdə kinetik su miqdarı saxlamaqdadır. Ekstremal hallarda (qəzalarda) bu su kütlələrinin  dağıdıcı təsiri, böyük ərazilərə yayıla bilər. Bütün hidrotexniki kompleks ərazinin infrastrukturunun tərkib hissəsidir, burada ucaldılmış və inkişaf etmiş infrastruktur olan ərazilərdə, əhalinin sıx məskunlaşdığı ərazilərdə inşa edilmişdir. Əhalinin həyat fəaliyyəti elementləri, iqtisadi obyektlərin mövcudiyyət və fəaliyyəti, böyük ölçüdə onların vəziyyətindən asılıdır. Bu gün davam edən münaqişə ocaqları ilə bağlı olaraq, sabiq Sovet respublikalarında onların təhlükəsizliyinin təmin olunması məsələsi  xüsusilə aktuallaşmışdır.
Nəzarətsizlik və bunun nəticəsində labüd qəzalar bir qayda olaraq, insanların məhv olmasına və maddi zərərin əmələ gəlməsinə yol açan faciəli fəlakətlərə gətirib çıxara bilər (bax: aerogeodezi texnologiyalardan istifadə edərək, təzyiqli hidrotexniki qurğularda qəza nəticələri riskinin qiymətləndirmə metodikası. Kroliçenko V.V. ları).

Məqaləmizdə onlardan biri haqqında söz açılacaq.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ilə, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə başladı. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi, Ermənistan
Respublikası silahlı qüvvələrinin işğalı altındadır. May 1994-cü ildə atəşkəs rejimi əldə olunmuşdur, lakin tərəflər arasında müharibə vəziyyəti davam edir. İndiyədək həmsədrlərinin Rusiya, ABŞ və Fransanın olduğu ATƏT-in Minsk Qrupunun himayəsi altında, hələ də uğursuz sülh danışıqları aparılır. Dağlıq Qarabağ və ətraf
rayonların azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də Ermənistan tərəfindən əməl olunmur. Bu danışıqlar hələ uzun müddət davam edə bilər. Lakin, təəssüf hissi ilə deməliyik ki, vasitəçilər sənaye və infrastruktur layihələrinin qorunması ilə bağlı olaraq, Ermənistanın maliyyə resurslarının olmaması nəticəsində işğal olunmuş ərazilərdə yararsız vəziyyətdə olan 4 su anbarı ətrafında yaranmış riskli vəziyyəti bir kənara qoydu.

Son zamanlar millət vəkili Elxan Süleymanov, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarının fəlakətli vəziyyəti haqqında sübut təqdim etdi. Bu su anbarı 1976-cı ildə inşa edilib. Onun həcmi 560 milyon kubmetr və anbar hündürlüyü 25 metrdir. 1988-ci ildən bu yana, heç bir profilaktik mühəndislik işləri həyata keçirilməmişdir. Qəza hər an baş verə bilər və faciəli nəticələrə gətirib çıxara bilər. Tərtərin aşağı axarında yaşayan 400.000-dən çox insanın həyatı ölüm təhlükəsi altında qala bilər. Bütün infrastruktur məhv edilə bilər. Bu qəza ekoloji fəlakət ilə də müşayiət oluna bilər. İşğal olunmuş ərazilərdə suvarmanın olmaması səbəbindən 460 növ ağac, 4 növ məməli və 8 növ quş (70 növ ağac
yalnız Azərbaycanda bitir) məhv ola bilər.
Millət vəkili E. Süleymanovun proqnozları nə qədər realdırlar? Son illərin statistikası və hadisələr arxivi onu göstərir ki, hidrotexniki qurğularda baş verən qəzalar, bəndlərə birləşmiş olan tikililərin də zədələnməsinə səbəb olur. HTQ-dakı qəzalar həmişə böyükmiqyaslı zərərlərlə müşaiyət olunmuşdur: insanların həlak olması, ətraf mühitin çirkləndirilməsi, evlərin, iqtisadi obyektlərin dağıdılması və s.

Hidro-texniki tikililərdə qəzalar tez-tez baş verir?
Fransız mütəxəssislər bu suala belə cavab verirlər – VIII əsrdən başlayaraq hər 5 ildən bir, 1 bənd dağıdılıb. 1975-ci ildən etibarən qəzaların sayı böyük ölçüdə artmışdır və orta hesabla hər 15 aydan bir təxminən 1 qəza
baş verir ki, bunun nəticəsində 50 nəfər dünayasını dəyişir. Bunun əsas səbəblərindən biri istismar qaydalarının pozulması, hidrotexniki qurğularda texniki-profilaktik işlərin vaxtında həyata keçirilməməsi və s. dir.  Fəlakət statistikasına göz ataq: 12 Mart 1928-ci ildə su ilə dəlinən Kaliforniyadakı Sent-Frensis bəndi yıxıldı. 40 metr hündürlüyündəki su, yatağın 25 kilometr aşağısında yerləşən stansiyanı yuyub apardı. 80 kilometr enində vadi su altında qaldı. Təxminən 600 nəfər həlak oldu.
Bu qəzanın miqyasının genişliyinin səbəbi yalnız faciədən sonra məlum olmuş olan bəndin təməlinin tikintisində yol verilən texniki nöqsanlar idi.

18 avqust 1941-ci ildə Sovet hərbi komandanlığı Dnepr SES-i partlatmağa qərar verir ki, bunun da nəticəsində nəhəng 30 metrlik dalğalar bir neçə düşmən bölmələrini məhv etmiş, bir çox faşist su keçidləri batırılmışdır. Ekipajla birlikdə onlarla gəmi məhv edilib. Ölənlərin sayı və vurulan zərər fəlakət həddində idi.
2 dekabr 1959-cu ildə Fransanın cənubunda Malpassedə Reyran çayında beton su bəndi çökdü. Frejyü  şəhəri tamamilə su altında qaldı, 423 nəfər həlak oldu.

9 oktyabr, 1963-cü ildə İtaliya Alplarındakı Vayontda fəlakət baş verdi. 200 metr hündürlükdəki dalğa 5 kəndi məhv etdi, 1900-2500 insan zərər gördü ki, bunlardan 350 ailə həlak oldu.
7 avqust 1975-ci ildə Çində Bayntsyao hidroelektrik bəndi yıxıldı. 3-7 metr hündürlük və 10 kilometr enində olan dalğalar, yeddi regional mərkəzi və çoxlu sayda kəndi su altında qoydu, bu 26 min insanın həlak olmasına səbəb oldu.
Daha sonra, digər 145,000 nəfər də aclıq və epidemiyalar səbəbindən dünyasını dəyişdi. 6 milyona yaxın ev dağıldı, 11 milyon adam bundan əziyyət çəkdi.
Iyun 1993-cü ildə Rusiya Federasiyasının Sverdlovsk Vilayətində Kakve çayı üzərindəki Kiselyovsk su anbarının bəndində sürüşmə və uçqun baş verdi. 6,5 min nəfər xəsarət aldı, 12 nəfər həlak oldu. Daşqın zonasında 1772 ev var idi ki, bunların 1250-si yararsız hala düşdü. 1 Demiryol körpüsü və 5 avtomobil körpüsü dağıldı, 500 metr uzunluğunda dəmiryolu xətti su altında qaldı.

Davamlılıq və mökhəmliyinə görə Ginnesin Rekordlar Kitabına daxil edilməsinə baxmayaraq, Rusiya Federasiyasının Sayan-Şuşenskoye su elektrik stansiyasında, 1979, 1985, 1988, 2009-cu illərdə 4 qəza baş vertmişdir. Avqust 2009-cu ildəki son qəza nəticəsində, 75 nəfər həlak olmuşdur. Qəzanın nəticələri SES hövzəsinin eko-mühitinə təsir etmiş, regionun sosial-iqtisadi sahələrində iz buraxmışdır. Zərər, 40 milyon rubldan çox olmuşdur.

2010-cu ilin iyun ayında şərqi Çinin Szyansi əyalətində, Fuxe çayı üzərindəki dambada baş vermiş qəza nəticəsində, təxminən 100 min insan evakuasiya edilmiş, 199 nəfər həlak olmuş, 123 itkin düşmüşdür. Ümumiyyətlə demək olar ki, 2.4 milyon adam təxliyyə edilmiş, 29 milyon insanı zərədidə olmuşdur. İqtisadi zərər 6,2 milyard ABŞ dolları təşkil etmişdir.
5 Avqust, 2010-cu ildə cənubi Pakistanda Hind çayı üzərində bənddə dağılma oldu. 895 min ev məhv olmuş, 2 milyon hektardan çox kənd təsərrüfatı sahəsi sular altında qalmışdır. 1700-dən çox adam həlak olmuşdur. Bu su basqını, BMT-yə görə, ölkədə 20 milyon insana təsir göstərmişdir.

1993-cü ildə şərqi Çində Syantan çayı üzərində bəndin uçması nəticəsində 59 nəfər, 2007-ci ildə isı 11 nəfər ölmüşdür. 11 Sentyabr 2011-ci ildi bəndin dağılması nəticəsində, hündürlüyü 9 metrə çatan dalğalar çoxlu
sayda insan tələfatına səbəb olmuşdur. Belə nümunə misallardan çox zikr etmək mümkündür.

Aparılmış elmi tətqiqatlar göstərir ki, su anbarlarındakı qəzaların nəticələri ( məsələn, böyük bəndin zədələnməsi kimi) olduqca böyük ola bilər. Sənaye, nəqliyyat və b. Sahələrin tikililərindən fərqli olaraq,
hidrotikintilərdəki ziyan onun öz maya dəyərini bir neçə dəfə üstələyir. Bu onunla izah olunur ki, bele hallarda insan tələfatı ilə yanaşı, digər binalar da zərər görür və ya təmamilə dağılır, regionda yerləşən bütün bir rayonun müəssisələrinin fəaliyyəti iflic vəziyyətinə düşür, bunun da bərpası adətən bir neçə il tələb edir. Bu vəziyyət onu tələb edir kı, hidro texniki tikintilər, nüvə obyektləri kimi xüsusi təhlükəsizlik rejimli  layihələndirmə struktur kateqoriyasına aid edilsin.
Müasir su bəndi və anbarlardakı qəza zamanı meydana gələn insan tələfatı və maddi zərərlər, təbii fəlakətlərin təsiri ilə müqayisə edilə bilər. Su anbarları qəzaları sayındakı cari artım tendensiyası, inşa olunmuş obyektlərin davamlılığını məhz baş verdiyi dövrdəki ( XX əsrin 30-cu və 70-ci illəri) təbii-fiziki vəziyyətə görə layihələndirildiyi səbəbindəndir. Bundan əlavə, 10-30 ildə bir çox ölkədə iqtisadi vəziyyətlə əlaqədar olaraq,  bəndlərin möhkəmliliyini qorumaq və ya artırmaq üçün heç bir profilaktik tədbir görülməmişdir.
Sərsəng su anbarında qəza səbəbləri aşağıdakılar ola bilər :

– Son 20 ildə ərzində texniki və texnoloji olaraq heç bir yenilənmənin və profilaktik təmirin olmaması;
– Təbii fəlakətlər, zəlzələ, daşqın;
– Ermənistan Ordusu tərəfindən Azərbaycan Respublikası ərazisinin sistemli olaraq irikalibrli silahlardan atəşə tutulması və bu zaman beton və karkas qurğu-tikililərin zərər görməsi;
– Atəşkəs rejiminin pozulması halında Ermənistan Respublikası Silahlı Qüvvələrin taktiki hərbi əməliyyatı ilə stansiyanın partladılması ssenarisi (1941-ci il Böyük Vətən Müharibəsi zamanı Dnepro SES-in partladılması kimi). Digər mümkün ssenarilər də mövcuddur;

– Sərsəng su anbarının bundan sonra da Ermənistanın işğal rejimi tərəfindən təmir edilməyəcəyinin real olması və Azərbaycan tərəfinin bu baxım işlərini həyata keçirmək üçün imkanının olmaması;
Bu ehtimal olunan faciə və can itkilərindən məsul olan tərəf Ermənistan olacaqdır. Ermənistanın Sərsəng su anbarının möhkəmliyini və davamlılığını təmin etmədə fəaliyyətsizliyi, labüd olaraq Azərbaycan tərəfindən qəsdən düşünülmüş bir addım olaraq qiymətləndiriləcək ki, bu da geniş miqyaslı hərbi əməliyyatların bərpasına gətirib çıxara bilər. Bu ssenariyə əsasən, münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun bütün səyləri boşa gedəcək.
Yaranmış bu vəziyyətdən çıxış yolu nədir?
Azərbaycan, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa İttifaqının Nazirlər Şurası, ATƏT və ATƏT-in Minsk qrupunun sədrini, su anbarının bəndinin yıxılma riski və onun nəticələri barədə məlumatlandırmışdır.
Lakin, Ermənistanın real olaraq təsir edəcəyi uzaq bir ehtimaldır, belə ki, bu dövlət hətta özü istəsə belə, çox çətin iqtisadi vəziyyəti ona baxım və təmir işlərini həyata keçirməyə imkan vermir.
Bundan başqa 20 il ərzində belə bir stereotip yaradılmışdır ki, ATƏT-in Minsk Qrupu var və o Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində yaranan hər hansı problemi həll etməlidir. Ancaq hərbi əməliyyatlarla əlaqədar olmayan fövqəladə texnogen vəziyyətlərdə, vasitəçi diplomatların təsir imkanları ya məhduddur ya da yoxdur.
BMT təcrübəsində bu cür problemlərin həlli üçün hazır reseptler yoxdur. Lakin, müəyyən dərəcədə, BMT yanında Avropa İqtisadi Komissiyasının təcrübəsindən istifadə etmək olar. Düşünürük ki, BMT-nin, iri hidro-texniki qurğular və böyük bəndlərin təhlükəsiz istismarı işində çoxlu əməkdaşlıq təcrübəsinə malik olan Avropa İqtisadi Komissiyasına, işğal olunmuş ərazidəki bəndlərin möhkəmliliyi ilə bağli beynəlxalq təhqiqatın aparılması işini tapşırması, məqsədəuyğun olardı. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin də
iştirakı ilə, tərkibində elmi-tədqiqat və layihə təşkilatlarının təmsilçilərinin, hidro-texniki müəssisə rəhbərlərinin də olduğu beynəlxalq ekspertlər qrupunun yaradılması da labüddür.

Eyni zamanda ekspertlərin vəzifələri:
1)Sərsəng su anbarı tipli hidro-texniki tikililərdə qəza ehtimalının statistik təhlili;
2) səddin təməlinə qrunt torpaqların həddindən artıq girmə səbəblərini müəyyən etmək;
3) yekcins olmayan heterogen torpağın, bəndin davamlılığına təsir gücünün öyrənilməsi;
4) Sərsəng su anbarı və onun kimi tikililərdə mümkün qəza ssenarilərini öyrənmək;
5) ehtimal nəzəriyyəsə və statistikanın tətbiqi ilə, eləcə də Sərsəng su anbarında qəza riskinin qiymətləndirilməsi üçün mövcud üsulların ümumiləşdirilməsi ;
6 ) Sərsəng su anbarı tipli tikintilərin texniki vəziyyətinin qiymətləndirilməsində texnoloji modellərin yenidən nəzərdən keçirilməsi və bu obyektlərin dözümlülüyü yoxlamaq üçün bu standartların tətbiqi;
7 ) Sərsəng tipli su anbarları Sərsəng növü qəzaların və onların nəticələrinin riskini qiymətləndirmək üçün bir bir metodologiya işləyib hazırlamaq;
8) Sərsəng su anbarının fəaliyyət zonasında riskli halların müəyyən edilməsində uzaqdan algılama üsullarının təhlili;

9) Sərsəng su anbarının fəaliyyət zonasında riskli vəziyyətlərin qiymətləndirilməsində, uzaqdan daha təsirli zondlama üsullarının işlənib hazırlanması və müxtəlif təbii şərait-mühitlərdə onların tətbiqi məsələsi.
Beynəlxalq ekspertlər gəldikləri nəticənin obyektivliyi və əsaslandırılmasında fərdi məsuliyyət daşımalıdırlar və Sərsəng su anbarında və Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki digər başqa hidro-texniki obyektlərdə təhlükəsizliyin təmin olunmasına dair texniki yekun hesabat hazırlamalıdırlar. Layihə üçün maddi vəsaitlər, beynəlxalq təşkilatların maliyyələşdirmə sistemi vasitəsilə təmin oluna bilər. Əvvəllər bu növ layihələr,  Avrasiya İnkişaf Bankının əlavə maliyyə dəstəyi də daxil olmaqla, Finlandiya hökumətinin qrantı hesabına maliyyələşdirilirdi.
Avropa İqtisadi Komissiyası və BMT-nin, Sərsəng su anbarının təhlükəsizliyinə dair layihəsi, su anbarının dözümlülük və təhlükəsizliyinə dair texniki-normativ bir sənədləşmə olmalıdır. Bu eyni zamanda, Qarabağ
münaqişəsinin tam həllinə qədərki dövrdə, Sərsəngin təhlükəsizliyinin təmini üçün, təsiredici bir beynəlxalq mexanizmin yaradılması üçün bir çağırış olmalıdır. Təbii ki, texniki xidmət və təmir üzrə bütün sonrakı işlər Ermənistan Respublikasının büdcəsi hesabına həyata keçirilməlidir. Fövqəladə hallarda, Sərsəng su anbarı, təcili olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin ilk mərhələsi olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir.
Prof. Kamil Səlimov
Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri
Təhlükəsizlik üzrə mütəxəssis