Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov Sumqayıtda torpağa tapşırılıb

COP29-un “iqlim və sülh bağlantısı” gündəliyi beynəlxalq humanitar ictimaiyyət tərəfindən təqdir edilib
Xocalıya növbəti köç karvanı yola düşüb
Prezident: İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və hər kəs qanun qarşısında bərabərdir

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Lətif Qəribalı oğlu Şahhüseynov oktyabrın 28-də Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi L.Şahhüseynov 1969-cu il martın 12-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci il iyunun 28-də Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə itkin düşüb. L.Şahhüseynov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.

AZƏRTAC