BMT: Beynəlxalq Qadınlar Günündə nailiyyətlər haqqında düşünmək vaxtıdır

Vətən müharibəsindən qayıdan hərbçilərlə bağlı komissiya işə başlayıb
“Azərkosmos”un peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub
Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

Beynəlxalq Qadınlar Günündə əldə olunmuş nailiyyətlər haqında düşünmək, dəyişikliklərə çağırmaq, əsl kişilik nümunəsi göstərmək və öz ölkələrinin və icmalarının tarixində müstəsna rolu olan adi qadınların qətiyyətini sərgiləmək vaxtıdır.

2019-cu ildə Beynəlxalq Qadınlar Gününün mövzusu bərabərlik barədə düşünmək, uzaqgörənliklə yaratmaq, dəyişikliklər məqsədi ilə yeni metodlar hazırlamaqdır. AZƏRTACBMT-nin saytına istinadla xəbər verir ki, bu mövzu gender bərabərliyinin əldə olunmasında diqqəti innovasiyalı üsullara cəlb etmək, qadınların hüquq və azadlıqlarının genişləndirmək, sosial müdafiə, dövlət xidmətləri və dayanıqlı inkişaf sahələrində zərif cinsin nümayəndələrinin rolunu artırmaqdan ibarətdir.

BMT-nin baş katibi Antonio Quterreş bu münasibətlə etdiyi müraciətdə bildirib: “Gəlin Beynəlxalq Qadınlar Günündə elə edək ki, qadınlar və qızlar həyatımıza birbaşa təsir edən siyasət, xidmətlər və infrastruktur sahələrində həlledici söz sahibi olsunlar”.

Dayanıqlı inkişaf sahəsində iddialı hədəflərə nail olunması bir çox məsələlərdə, xüsusən gender bərabərliyinin gücləndirilməsi və qadın və qızların hüquqlarının genişləndirilməsi üzrə transformasiyalı hərəkətlər və kompleks yanaşmalar tələb edir.

BMT hesab edir ki, innovasiya və texnologiyaların geniş imkanları mövcuddur, lakin tendensiyalar cinslər arasında artan rəqəmsal bərabərsizlikdən xəbər verir. Bundan başqa, elm, texnologiya, mühəndislik, riyaziyyat və dizayn sahələrində qadınlar yetərincə təmsil olunmayıb. Bu, gender aspektləri baxımından innovasiyalar hazırlamaqda və onlara təsir göstərməkdə, cəmiyyət üçün transformasiyalı faydaların əldə etməkdə nailiyyətlər qazanılmasına mane olur. Mobil bankçılıqdan süni intellektədək və internetlə bağlı qadınların ideya və təcrübəsindən istifadə olunması və gələcəkdə cəmiyyətimizin formalaşmasına təsir edəcək innovasiyaların tətbiqi həyati əhəmiyyət daşıyır.

BMT-nin məlumatında deyilir: “Qadınların vəziyyəti üzrə BMT Komissiyasının qarşıdan gələn 63-cü sessiyasının mövzusu illə üst-üstə düşən builki Beynəlxalq Qadınlar Gününün mövzusu innovasiyaların əngəlləri aradan qaldırması və gender bərabərliyinin əldə olunmasında tərəqqiyə nail olunması, gender aspektini nəzərə alaraq sosial sistemlərə investisiyaların həvəsləndirilməsi, həmçinin qadın və qızların tələbatına cavab verən xidmətlərin və infrastrukturun yaradılması məsələlərində sektorların liderlərinə, startaplara, sosial sahədə fəaliyyət göstərən sahibkarlara, gender bərabərliyi üzrə fəallara və yenilikçi qadınlara müraciət etməyə imkan verir.

İnnovasiya və texnologiyaların qadınlar və qızlar üçün daha inklüziv sistemlərin qurulmasında, dayanıqlı inkişaf hədəflərinə və gender bərabərliyinə nail olmaq üçün effektiv xidmət və dayanıqlı infrastrukturun sürətləndirilməsində görünməmiş imkanlar yaradacağı bir gələcək inşa etmək məqsədilə 2019-cu il martın 8-də bizə qoşulun”.

Xatırladaq ki, 2030-cu ilədək Gündəliyin əsas məsələləri arasında qadın və qızların pulsuz, bərabərhüquqlu və keyfiyyəti ibtidai və orta təhsil alması prosesinin başa çatdırılması, bütün qızların v oğlanların keyfiyyətli inkişaf sisteminə cəlb edilməsi, azyaşlıların körpə yaşlarından ibtidai təhsilə hazırlanması, qadın və qızlara qarşı bütün diskriminasiya növlərinin aradan qaldırılması, ictimai və özəl sektorlarda onlara qarşı zorakılığın, o cümlədən insan ticarəti və seksual istismarın qarşısının alınması, erkən və məcburi nikahların, habelə şikəstliyə səbəb olan əməliyyatların qadağan edilməsi kimi hədəflər mövcuddur.