BMT-nin Baş katibi Azərbaycana təşəkkür etdi

Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər edib
Prezident İlham Əliyev Daxili Qoşunların yeni inşa olunan “N” hərbi hissəsinin açılışında iştirak edib

Ötən gün xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb. Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Nazir Ceyhun Bayramov Antonio Quterreşi BMT-nin baş katibi seçilməsi münasibətilə təbrik edib, daha sonra tərəflər regiondakı son vəziyyəti müzakirə ediblər.

Azərbaycanlı nazir BMT baş katibinə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib. Nazir, həmçinin Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd edib və bunun qəbuledilməz olduğunu vurğulayıb.

Baş katib Bakıya səfərlərini və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, salam və xoş arzularının Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib.

Antonio Quterreş Azərbaycanın dövlət başçısının QH sədri qismində irəli sürdüyü COVİD-19 pandemiyası qarşı qlobal əhəmiyyətli təşəbbüslərin yüksək qiymətləndirdiyini qeyd edib. Baş katib, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sayəsində Azərbaycanda milli səviyyədə görülən işləri təqdir edərək, BMT-nin bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edib. Baş katib həmçinin Azərbaycan prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının əhəmiyyətini vurğulayıb.

Quterreş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, iki ölkə arasında dialoqa və sülhməramlı səylərə dəstəyini ifadə edib. O, həmçinin, bildirib ki, BMT münaqişədən zərər çəkmiş insanlar da daxil olmaqla, əlavə yardım göstərməyə hazırdır.

A.Quterreş Qoşulmama Hərəkatının sədri kimi diplomatik fəaliyyətinə görə Azərbaycana təşəkkür edib.

Virtualaz.az