BMT-nin Baş katibi: Təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər

Dövlət Komitəsi 510 məcburi köçkünlə bağlı məhkəməyə müraciət edib
Birinci vitse-prezident Mehriban Əliyeva Səbail rayonunda əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışında iştirak edib
8 mindən çox şəhid ailəsi, müharibə əlilləri özünüməşğulluq proqramları ilə əhatə olunub

Bu il Beynəlxalq Təhsil Günü elə bir şəraitdə qeyd edilir ki, COVID-19 pandemiyası səbəbindən məktəblilərin və tələbələrin çoxu təhsil müəssisələrinə az-az gedir, əsasən evdə qalmaqla oxuyur və ya ümumiyyətlə, bu imkandan məhrumdur.

BMT-nin rəsmi saytına istinadən bildirilir ki, BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər. Baş katib distant təhsil metodlarını təkmilləşdirməyə çağırıb.

Koronavirus pandemiyası ilə əlaqədar dünya ölkələrinin çoxu bütün tədris müəssisələrini bağlamağı qərara alıblar. 1,5 milyard uşaq məktəbə getmək imkanından məhrum olub. Onların çoxu distant təlim metoduna keçib, lakin bu uşaqların təqribən üçdəbir hissəsi – 463 milyonu “məsafədən oxumaq” imkanından məhrumdur, çünki onların evlərində kompüter və ya internet yoxdur, yaxud, məsələn, çoxuşaqlı ailələrdə qacetlər uğrunda “mübarizə aparmalı” olurlar.

UNESCO-da vurğulayıblar ki, məktəblərin bağlanması və ya tədris saatlarının azaldılması səbəbindən bu gün dünyadakı bütün məktəblilərin təqribən yarısı bu və ya digər dərəcədə əziyyət çəkirlər.

AZƏRTAC