BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar – 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını açıqlayıb

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib
İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibini qəbul edib
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar – 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını açıqlayıb.

BMT QAK-ın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, hesabatda pandemiyaya baxmayaraq, 2020-ci ildə müharibələrdən, zorakılıqdan, təqiblərdən və insan hüquqlarının pozulması səbəbindən didərgin düşənlərin sayının artaraq təxminən 82,4 milyon nəfərə çatdığı qeyd olunub. Bildirilib ki, bu, 2019-cu ilin sonunda qeydə alınmış rekord göstərici olan 79,5 milyonla müqayisədə dörd faiz artım deməkdir.

Bundan əlavə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso 20 İyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə Azərbaycan ictimaiyyətinə videomüraciət ünvanlayıb. İngilis dilində hazırlanan və Azərbaycan dilində subtitrlərlə təqdim olunan videoçarxda qaçqınların vəziyyətini əks etdirən görüntülər də yer alıb.