BMT: Ukraynada müharibə səbəbindən 14 milyona yaxın insan öz evlərini tərk edib

AZƏRTAC

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib
İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə artıq başlanıb

Ukraynada silahlı münaqişə ilə əlaqədar bu ölkənin təqribən 14 milyon sakini öz evlərini tərk edib və onlardan 8 milyonu məcburi köçkünlərdir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya bunu Təhlükəsizlik Şurasının iclasında bəyan edib. O qeyd edib ki, əksəriyyəti milli qeyri-hökumət təşkilatları olan 227 tərəfdaş 5,4 milyondan çox insana humanitar yardım göstərib. Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl bildirib ki, müharibə səbəbindən Ukraynanın 12 milyon sakini öz evlərini tərk etməyə məcbur olub və onların 95 faizindən çoxu evlərinə qayıtmaq istəyir.

AZƏRTAC