Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bələdiyyə seçkilərinin gedişini müşahidə edir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb
“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu kimsəsizlərə hüquqlarını öyrədəcək
Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi çərşənbə günü ölkədə keçirilən bələdiyyə seçkilərini müşahidə edir. Səfirliyin əməkdaşları səsvermə başlayan andan etibarən Bakıdakı bir sıra seşki məntəqələrinə baş çəkiblər. Səfirliyin missiyası paytaxtın Səbail rayonunun 29-cu seçki dairəsinin seçki məntəqələrində olub.
Əməkdaşlar müşahidənin yekunu üzrə hesabat hazırlayacaqlar.
23 dekabr tarxində Azırbaycanda bələdiyyə seçkiləri keçirilir.
Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək. /Trend/