Böyük Qayıdışla bağlı maarifləndirici nəşrlər hazırlanıb

İtaliyada keçirilən “Bərpa həftəsi – 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sent-Etiyen merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə etiraz edir

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirir.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, fəaliyyət çərçivəsində indiyədək 55 min nüsxə məlumat kitabçası – maarifləndirici broşürlər nəşr olunub və müvafiq qaydada yayımı təşkil edilib. Qeyd olunan istiqamətdə 6 adda maarifləndirici, 10 adda məlumatlandırıcı broşür, Böyük Qayıdışa həsr olunmuş 2024-cü il divar təqvimi çap olunub, məcburi köçkünlər üçün məlumat kitabçası və azərbaycanlıların XX əsrdə Ermənistandan məcburi deportasiyasından bəhs edən kitab nəşrə hazırlanıb.

Qeyd olunub ki, məlumatlandırıcı broşürlər arasında “Şuşa qalası” seriyası xüsusi yer tutur. Tanınmış araşdırmaçı-jurnalist Vasif Quliyevin müəllifliyi ilə, Azərbaycan və ingilis dillərində 10 adda buraxılmış bu seriyaya “Şəhərin yaranması”, “Məhəllələr və küçələr”, “Toponimlər”, “Tarixi-memarlıq abidələri”, “Flora və fauna”, “Müqəddəs məkanlar”, “Karvansaralar, hamamlar, bazarlar”, “Sənətkarlıq”, “Ticarət” və “Bulaqlar” adlı broşürlər daxildir.

Maarifləndirici broşürlər mina təhlükəsizliyi, məşğulluq və sahibkarlıq, sosial müdafiə tədbirləri, icma quruculuğu və fəaliyyəti, dövlət xidmətləri, ətraf mühitin mühafizəsi və ekologiya mövzularını əhatə edir. İşğaldan azad edilmiş ərazilərin tarixi və işğaldan sonra həmin yerlərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırıcı-maarifləndirici broşürlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlar haqqındadır.

AZƏRTAC