Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar
“İkinci Respublikanın tarixi (1920-1991)” monoqrafiyası çapdan çıxıb
“China Daily” qəzeti Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşrinin təqdimatından yazıb

Bu həftə bələdiyyə seçkiləri ilə bağlı səsvermə vəsiqələri Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına veriləcək.

“Report” xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiqlədiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, MSK səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrini səsvermə gününə azı 45 gün qalanadək DSK-lara verməlidir.

Təqvim Planında bu tarix 2024-cü il dekabrın 15-dək nəzərdə tutulub.

Report