Bu il birinci sinfə qəbulla bağlı keçiriləcək müsahibələr onlayn formada keçiriləcək

Azərbaycanda buster doza üzrə vaksinasiya olunanların sayı 411748 nəfərdir
Vüqar Cavadzadə: Xəstəliyi simptomsuz keçirən xəstələrdə də ev şəraitində həkim nəzarəti olmalıdır
Şuşada əyləncəli bayram tədbiri keçirilib

“Bu il üçün birinci sinfə qəbulla bağlı keçiriləcək bütün müsahibələr onlayn formada keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, bu həm də təhsil işçilərinin sağlamlığının keşiyində qalmaq üçün edilir.

O.Abbasov bildirib ki, məktəbə qəbulla bağlı olan bütün prosedurların tam elektron qaydada olması üçün iş görülür: “Hesab edirəm ki, növbəti tədris ili üçün bunu etmək mümkün olacaq”.

Report