Əziz dostlar!
Azərbaycan – mədəni, elmi, dini və etnik müxtəlifliyi ilə fərqlənən ölkədir. Əbəs yerə deyil ki, 2016-cı il Azərbaycanda Multikulturalizm ili elan edilmişdir. Bu iki qardaş xalq arasında mövcud birlik və qarşılıqlı dəstək prinsipi müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin yaranmasına zəmin yaratmışdır. Gürcüstanın elektrik enerjisi və qazsız qaldığı 2008-ci ilin yanvar ayını xatırlamaq istərdim. O soyuq qışda xalqımıza yardım əlini Azərbaycan uzatdı. Gürcü xalqı həmin çətin zamanda bizə göstərilən yardımı heç bir zaman unutmayacaq. Bu sadəcə strateji əməkdaşlığın nəticəsi deyil, həm də qardaşlığımızın nişanəsidir.
21-ci yüzilliyin əvvəlində Cənubi Qafqaz üzərindən transmilli boru kəmərləri layihələri həyata keçirildi ki, bu da Azərbaycan və Gürcüstanın keçmiş Sovet İttifaqı sərhədlərindən kənarda, Avrasiyada inteqrasiyası prosesini sürətləndirdi.
Mənim üçün Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Yaponiyanın Nikkei qəzetinin jurnalisti ilə müsahibə zamanı dediyi təsirli sözlər olduqca diqqətçəkicidir:
«Bugün Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Biz strateji tərəfdaşlıq və Gürcüstanın hazırki hakimiyyəti ilə mükəmməl əlaqələr mövcuddur. Biz bir-birimizi dəstəkləyirik, bizin yaxşı qonşuluq və dostluq əlaqələrimiz var. Baxın, biz neçə birgə layihə həyata keçirmişik — neft, qaz, elektrik enerjisi, dəmir yolu rabitəsi, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir sıra digər layihələr».
Bu zəfər günlərində qardaş Azərbaycan xalqına səmimi qəlbdən rifah və firavanlıq diləyirəm. Əminəm ki, iki dövlət arasında mövcud nümunəvi münasibətlər zamanla dərinləşəcək, bölgədə sülh, sabitlik və firavanlığa öz töfhəsini verəcəkdir.
Prof., Dr. İrine Çaçanidze
Akaki Tsereteli adına Dövlət Universiteti, ATDU
Gürcüstan, Kutaisi.
20.11.2020