Cənub bölgəsinin seçiciləri Milli Məclisə seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər

Qənirə Paşayeva: Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması üçün səylər daha da gücləndirilməlidir
“AVCİYA-Ekspertiza” klubu Azərbaycanlılara qarşı soyqırımları təhlil etdi
Baş prokuror: “Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”

Cənub bölgəsinin seçiciləri fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 və 2 nömrəli şəhər seçki məntəqələrində olarkən bunun bir daha şahidi olub.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq seçicilərin sol baş barmağını ultra-bənövşəyi rəngli fanarla yoxladıqdan sonra onları içəri buraxırdı.

Səsvermənin gedişini ATƏT-in nümayəndələri də müşahidə edirlər.

X   X   X

Lənkəranda da seçki məntəqələrində seçici aktivliyi müşahidə olunur.

73 saylı Lənkəran şəhər seçki dairəsinin 13 və 22 saylı seçki məntəqələrində səsvermə saat 08:00-da başlayıb. 13 saylı seçki məntəqəsində “Exit poll” keçirilir. Hər iki məntəqədə səsvermənin gedişini müxtəlif partiyaları, namizədləri təmsil edən müşahidəçilər izləyirlər.

Qeyd edək ki, Lerik, Masallı, Cəlilabad və Yardımlıda da seçkilər yüksək əhval-ruhiyyə ilə başlayıb.