Çavuşoğlu: “Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq”

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Metyu Brayza: “Azərbaycanla sərhəddə təxribatlar Ermənistanın müharibədəki məğlubiyyəti qəbul etməməsi ilə bağlıdır”
Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

“Atəşkəsə nəzarət mərkəzi Azərbaycan torpaqlarında bizə verdiyi yerlərdə olacaq. Ev sahibinə hörmətsizlik etmək olmaz. Mən bunu ruslara da dedim”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mərkəzin hansı şəhərdə və bölgədə olacağı barədə nəsə demək hələ tezdir:

“Biz əlbəttə, mərkəzin harada olması ilə bağlı təkliflər verəcəyik. Ancaq Azərbaycanın icazə verdiyi yerlərdə mərkəzlər qurulacaq”.

Report