Ceyhun Bayramov “Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxış edib

Prezident və birinci xanım “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar
Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı işə başlayıb
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Buzlaqlar-2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yüksəksəviyyəli tədbirdə, həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, habelə digər yüksəkvəzifəli şəxslər iştirak ediblər.

Nazir Ceyhun Bayramov Tacikistan tərəfinə əksər hallarda diqqətdən kənar qalmasına baxmayaraq, ekosistemimizin əsas hissələrindən birini təşkil edən buzlaqlar mövzusuna həsr olunmuş bu əhəmiyyətli tədbirin təşkilinə görə təşəkkür edib. O, buzlaqların dünyanın bir çox bölgələrində əriməsinin daşqınlar və torpaq sürüşmələri kimi təhlükəli fəlakətlərə səbəb olduğu bildirilib. Ceyhun Bayramov iqlim dəyişikliyi səbəbindən sürətlə yox olan buzlaqların, o cümlədən ölkəmizdə, xüsusilə Böyük Qafqaz dağları və Qusarçay hövzəsində 7 il ərzində 18%-dən çox azaldığı, bunun da çay ehtiyatlarının qeyri-bərabər paylanmasına və ümumi şirin su ehtiyatlarının azalmasına səbəb olduğu diqqətə çatdırılıb. Buzlaqların əriməsi probleminin ciddi təhlükə olmasına baxmayaraq, bu istiqamətdə atılan əlaqələndirilmiş addımların məhdud olduğu, bu baxımdan növbəti il elan olunacaq “Beynəlxalq Buzlaq Qoruma İli”nin məhsuldar olacağına dair ümidvarlıq ifadə olunub. Nazir Ceyhun Bayramov bütün beynəlxalq tərəfdaşları gələcək nəsillər üçün ekosistemimizin balansının təmini istiqamətində müvafiq sahə üzrə əməkdaşlığı gücləndirməyə dəvət edib.