COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək

ANAMA işğaldan azad edilmiş ərazilərlə bağlı həftəlik məlumatı açıqlayıb
Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı paylaşım edib
Emin Hüseynov: “Heç kim belə bir qələbənin qazanılacağını, möhtəşəm tarixin yazılacağını gözləmirdi”

COP29 müddətində 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bu barədə “Report”un sualını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, həmin tibb heyətinin qeydiyyat prosesi yekunlaşmaq üzrədir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə bildirib ki, tədbir iştirakçılarının qaldığı qonaqlama yerlərində 24 saat tibbi xidmət mümkün olacaq: “Bunun üçün regionlarda olan bütün resurslardan istifadə olunacaq. Qeyd edim ki, hava limanından tutmuş qonaqlama yerlərinədək, eləcə də tədbirin keçiriləcəyi bütün məkanların hamısında təcili tibbi yardım briqadaları olacaq”.

Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda baş tutacaq.

Report