Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün müsabiqə elan edilib

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş
Qusarda keçirilən beynəlxalq konfransın iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub
Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi irəli sürülüb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda iclası keçirilib.

MTRŞ-dan  bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımının təşkili məsələləri müzakirə olunub.

İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM – Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.

İclasda həmçinin Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.

Report