Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

Oqtay Əsədov prezident seçkilərində səs verib
Özbəkistan portalı Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi cəhdləri ilə bağlı məqalə yayıb
Füzuli aeroportunun tikintisinin gələn ilin aprel-may aylarında yekunlaşdırılması planlaşdırılır

Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlıları Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşadakı “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, nəticədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər ləğv edilib. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin rolu olub.

Bu barədə açıqlama verən PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və Polşa ictimaiyyətinə tarixi həqiqətlərin çatdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycan Respublikasının Polşadakı səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.