Daha bir yaddaqalan görüş

Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir daha göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə meydanına çevrilib
Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə yekun vurub

Şamaxının millət vəkili Elxan Süleymanov bölgədəki qərargahında Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş bədii qiraət müsabiqələrinin qalibləri və son illər ərzində yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı gənclərlə görüş keçirib.

Şagird və tələbələrə özünün təsis etdiyi təqaüdü təqdim edən Elxan Süleymanov gəncləri Yeni ilin gəlişi münasibətilə təbrik edib, onların problem və qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, dekabrın 27-də Şamaxının millət vəkilinin adından rayonun 22 uşaq baxçasında tərbiyə alan 1200-dən artıq uşağa yeni il sovqatları təqdim olunmuşdu.

Elə həmin gün millət vəkilinin adından Şamaxı rayonunda yaşayan 76 Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələlərinə Yeni il hədiyyələri verilmiş, onlara Elxan Süleymanovun təbrikləri çatdırılmışdı.