Daur İsmayılov Marneulinin meri seçilib

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunub
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 53-cü plenar iclasında çıxış edib
Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini sonuncu oxunuşda qəbul edib

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Marneuli şəhəri meri vəzifəsinə namizədi Daur İsmayılov qalib gəlib. O, yerli seçkilərdə 94 faiz səs toplayıb.

AZƏRTAC xəbəri verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Marneulidə 81 seçki məntəqəsinin 41-nin nəticələrinə əsasən, soydaşımızın rəqibləri müxalif “Lelo – Güclü Gürcüstan” partiyasının namizədi Əsəd Əliyev 4,7 faiz, “Bizim Vahid Gürcüstan” partiyasının namizədi Əli Bədirov isə 1,4 faiz səs toplayıblar.

AZƏRTAC