Delimitasiya üzrə komissiyaların növbəti iclası reqlamentin ratifikasiyasından sonra baş tutacaq

Prezident və birinci xanım Bakıda “Şərq Bazarı” kompleksində yaradılan şəraitlə tanış olublar
QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılır – FƏRMAN
Avstraliyada rekord istilər meşə yanğınlarına səbəb olub

Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü hər iki ölkədə onların iş reqlamentinin ratifikasiyasından sonra keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Mqer Qriqoryan Ermənistan parlamentində bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.

Report.az