“Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş beynəlxalq konfransın materialları çap olunub

Xarici işlər naziri Ceyhun Bayramovun Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı ilə görüşünə dair mətbuat məlumatı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb
Baş Qərargah rəisi “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək texnikalara baxış keçirib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən “Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfransın materialları çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan topluda akademik İsa Həbibbəylinin “Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk”əsəri Azərbaycanda”, professor Nadir Məmmədlinin “Mahmud Kaşğarinin “Divanü lüğat-it türk”əsəri”, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Divanü lüğat-it türk” abidəsindəki ləqəb və titular”, dosent Baba Məhərrəmlinin “Mahmud Kaşğarinin divanında kök sözlər”, professor İsmayıl Kazımovun “Azərbaycan dilinin tarixi qrammatikası və Mahmud Kaşğari “Divanı” başlıqlı məqalələri yer alıb.

Topluda qeyd edilir ki, Mahmud Kaşğari qədim türk sivilizasiyasının qüdrətli ideoloqu, onun “Divanü lüğat-it-türk” əsəri isə türk-müsəlman dünyasının kompasıdır. “Divanü lüğat-it-türk” əsəri Türk dünyasının dilçilik xəritəsidir, dünya türkologiya elminin şah əsəridir. Mahmud Kaşğari Dədə Qorqudla Nizami Gəncəvi arasında möhtəşəm zirvədir.

AZƏRTAC