Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağda atəşkəsin pozulması barədə məlumatlardan narahatdır

İcma rəhbəri: İşğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin “nümayəndəsi” danışıqlar prosesinə xələl gətirir
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
27 il Xankəndisiz…

ABŞ hakimiyyəti Dağlıq Qarabağda atəşkəsin pozulması barədə məlumatlardan narahatdır. Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

O deyib: “Biz son günlər Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması, eləcə də zərərçəkənlər barədə məlumatlardan narahatıq. ABŞ əvvəlki kimi Azərbaycan və Ermənistanı problemin ATƏT-in Minsk qrupunun himayəsi altında sülh yolu ilə həllinə cağırır. Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlar prosesində iştiraka çağırırıq”.

C.Psaki qeyd edib ki, bu məsələ əvvəlki kimi ABŞ-ın diqqət mərkəzindədir.

Öz növbəsində Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bəyan edib ki, Dağlıq Qarabağda gərginliyin eskalasiyası münaqişənin sülh yolu ilə həllinə imkan verməyəcək.

/Trend/