Dövlət Gömrük Komitəsi TIR-parkların inşasını planlaşdırır

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib
Türkiyədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Dövlət Gömrük Komitəsi gələcəkdə sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların inşasını planlaşdırır.

“Report” xəbər verir ki, bunu Komitənin nümayəndəsi Vasif Qurbanov Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, qurum hazırda həm sərhəd buraxılış məntəqələrində, eləcə də terminallarla bağlı infrastruktur layihələri həyata keçirir: “Bizim gələcək layihələrimizdən biri də sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların tikilməsidir. Həmin tır-parklarda servislər olacaq, eləcə də digər şəraitlər yaradılacaq. Həmçinin burada elektron növbə sisteminin tətbiqi nəzərdə tutulub. Yəni bu layihə də qısa müddətdə təsdiqləndikdən və maliyyə vəsaiti ayrıldıqdan sonra həyata keçiriləcək”.

Report