Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

AVCİYA-nın “Borçalı söhbətləri: “XX əsrin əvvəllərində Bakının gürcü diasporunun dil və mədəniyyət məsələləri” – I Hissə
Ermənilər Xocavənddəki kilsələri saxtalaşdıraraq erməni kilsəsinin simvollarını, elementlərini əlavə ediblər
AVCİYA-nın eksperti professor Asif Hacıyev nüfuzlu beynəlxalq elmi tədbirlərdə ölkəmizi təmsil edib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov dekabrın 25-də saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.

DMX-dən  bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/az/form/2) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.

Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

AZƏRTAC