“Dövlət xidmətləri haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib
MN: Ermənistan silahlı qüvvələrinin bölmələri kombaynı atəşə tutub

Milli Məclis yeni hazırlanan “Dövlət xidmətləri haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.

Sənəddə qeyd edilib ki, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir. Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək.

Layihəyə görə DXER operatoru tərəfindən 7 iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyü yoxlanılacaq və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndəriləcək. Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq 7 iş günü müddətində yenidən DXER-in operatoruna göndərilməlidir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Report