Dünyada COVID-19 səbəbindən ölənlərin sayı 5 milyon nəfəri keçib

Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası format və proqramının rəngarəngliyi ilə fərqlənəcək
Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edilib

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 251 941 758 nəfərə çatıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 079 990 nəfər təşkil edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins universitetinin məlumatında qeyd olunur.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyası yoluxanların, həm də virusdan ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 46 852 276 nəfər, bu səbəbdən ölənlərin sayı 759 676 nəfər təşkil edir.

Yoluxanların sayına görə ikinci yeri tutan Hindistanda 34 414 186 təsdiq edilmiş yoluxma halı qeydə alınıb. Ölkədə COVID-19 səbəbindən ölənlərin sayı 462 690 nəfərə çatıb.

Bu göstəriciyə görə üçüncü pillədə qərarlaşmış Braziliyada pandemiya dövrü ərzində 21 924 598nəfər virusa yoluxub, onlardan 610 224nəfəri ölüb.

Report