Eldar Sabiroğlu: Bütün hərbi hissələrdə seçki məntəqələri tam formalaşdırılıb

Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib
AVCİYA Bakıda seçkilərlə bağlı treninq keçirdi
Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə seçki məntəqələri artıq tam formalaşdırılıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin tabeçiliyində olan bütün hərbi hissələrdə lazımi tədbirlər görülüb:

“Respublika ərazisində digər yerlərdə olduğu kimi, bütün hərbi hissələrdə də seçki məntəqələri demək olar ki, tam formalaşdırılıb, seçici siyahıları tərtib olunub, bütün texniki və digər avadanlıqlarla təchiz edilib. Əminliklə deyə bilərəm ki, prezident seçkiləri zamanı Azərbaycan hərbçilərinin qanunvericiliyə uyğun şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb”. /Trend/