Elxan Süleymanov: “AŞPA-nın Ermənistan üzrə məruzəçilərinin hesabatında işğal faktından bəhs edilmir”

AVCİYA-nın “Baxış bucağı” debatlar silsiləsindən üçüncü debat olub
AVCİYA “Freedom House” təşkilatının rəhbərinin Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə bağlı qərəzli mövqeyinə dair bəyanat verib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) Azərbaycan Respublikası 01 NOYABR 2015-Cİ İL MİLLİ MƏCLİS Seçkilərinin uzunmüddətli müşahidəsinə dair HESABAT

AŞPA Monitorinq Komitəsinin Ermənistana faktaraşdırıcı səfərin nəticələrinə dair məlumatında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktı göstərilməyib”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. O bildirib ki, AŞPAMonitorinq Komitəsinin 20 iyun tarixli iclasında Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cüzeppe Galatinin 10-12 may tarixlərdə Yerevana faktaraşdırıcı səfərlərinin nəticələri ilə bağlı məlumatları təqdim olunacaq: “Məlumatda aprel ayının əvvəlində cəbhədə baş vermiş dörd günlük müharibəyə diqqət ayrılıb. Diqqəti çəkən məqam odur ki, həmməruzəçilər Dağlıq Qarabağ probleminə yer ayırsalar da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi faktına toxunmayıblar. Onlar AŞPA-nın 26 yanvar 2016-cı il tarixli, işğal faktını özündə əks etdirən 2085 saylı qətnaməsinə istinad etməyiblər”.

E. Süleymanovun sözlərinə görə, AŞPA-nın həm Azərbaycan, həm də Ermənistan üzrə həmməruzəçiləri Azərbaycan torpaqlarının işğalı ilə bağlı təəccüb doğuran mövqe nümayiş etdirirlər: “Hər iki ölkə üzrə həmməruzəçilər Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanılması faktından bu məsələnin onların mandatına aid olmaması bəhanəsi ilə yan keçirlər. Torpaqların dinc yolla azad edilməsi və sülh danışıqlarının uğurla nəticələnməsi üçün bütün beynəlxalq təşkilatlar beynəlxalq hüququn əsas prinsiplərini üstün tutaraq Ermənistandan işğala son qoymasını və torpaqları azad etməsini tələb etməlidir. Bu barədə AŞPA konkret olaraq 2085 (2016) saylı qətnamə qəbul edib. Çox təəssüf ki, hər iki ölkənin  həmməruzəçiləri bu tələbləri ön plana çəkmir və öz məruzələrində istifadə etmirlər. Digər tərəfdən, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinin yalnız ATƏT-in Minsk Qrupunun səlahiyyətində olması bəhanəsi ilə digər beynəlxalq qurumlar, o cümlədən AŞPA-da müzakirə edilə bilməməsinə dair iddialar birbaşa Ermənistanın maraqlarına xidmət edir. AŞPA-da üzv dövlətlər arasında ayrı-seçkiliyə yol verilməməlidir və əgər Azərbaycan həyati vacib problemini AŞPA-da həll edə bilmirsə, bu hal xalqımızda Avropa Şurasına inamsızlıq yaradır”.